ff 1

Oktyabrın 17-də Fransada keçirilən kütləvi etiraz aksiyaları zamanı 2 397 nəfər saxlanılıb.

Bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.

Toqquşmalarda 997 polis və jandarma əməkdaşı yaralanıb.

Fransa Prezidenti Emmanuel Makron bazar günü axşam xalqa təcili müraciətində hökumətdən nümayişlərlə müşayiət olunan genişmiqyaslı küçə iğtişaşlarının təkrarlanmasının qarşısını almaq üçün sərt tədbirlər görməyi tələb edib.

***18.10.26  21:15

Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 2 mini ötüb.

Bu barədə respublikanın daxili işlər naziri Loran Nünes məlumat yayıb.

“Hazırda 2 mindən çox insan saxlanılıb. Təqsirkarların müəyyən edilərək məhkəmə qarşısına çıxarılması məqsədilə istintaq aparılır”, — deyə bəyanatda bildirilir.

İğtişaşlar zamanı 600 polis əməkdaşı xəsarət alıb.

Prezident Emmanuel Makronun oktyabrın 18-də yerli xalqa müraciət edəcəyi açıqlanıb.

***15:50

Fransada kütləvi etirazlar zamanı baş verən qarşıdurmalar yüzlərlə hüquq-mühafizə əməkdaşının xəsarət alması və mağazalara ciddi ziyan dəyməsi ilə nəticələnib.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Loran Nünyes “X” sosial şəbəkəsində məlumat yayıb.

Nazirin sözlərinə görə, aksiyalar zamanı 1800 nəfər saxlanılıb:

“Hazırda hadisələrdə iştirak edən şəxslərin müəyyənləşdirilməsi və onların məhkəmə qarşısına çıxarılması üçün araşdırmalar aparılır”.

Nünyes bildirib ki, iğtişaşlar zamanı 500-dən çox polis, jandarm və yanğınsöndürən xəsarət alıb:

“Bundan başqa, ölkənin müxtəlif şəhərlərində baş verən talan və dağıntılar nəticəsində yüzlərlə sahibkara maddi ziyan dəyib”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: