pezeskian 09 900x600 1

“İran son iki əsrdə heç bir dövlətə hücum etməyib və gələcəkdə də belə bir niyyəti yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib. 

O vurğulayıb ki, İran mümkün hücumlara qarşı sonadək müqavimət göstərəcək və heç kimə ölkənin ərazisinə təcavüz etməyə imkan verməyəcək.

İran lideri ölkənin müdafiə gücünün yalnız raketlərdən ibarət olmadığını da qeyd edib.

Onun sözlərinə görə, xalqın birliyi və həmrəyliyi də İranın müdafiə qabiliyyətinin əsas dayaqlarındandır.

Qeyd edək ki, İran rəsmiləri ölkənin müdafiə siyasətinin xarakterindən danışarkən dəfələrlə mümkün təhdidlərə qarşı müqavimət göstərməyə hazır olduqlarını bildiriblər.

Tehran öz hərbi potensialını və milli birliyi ölkənin təhlükəsizliyinin qorunmasında mühüm amillər kimi təqdim edir.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: