Xanımından Kamilin azadlığa çıxması haqda paylaşım – FOTO

Gülay Zeynallı həyat yoldaşının azadlığa buraxılmasına görə Azərbaycan dövlətinə təşəkkür edib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə paylaşım edib.

“Bizə sahib çıxdığınız üçün sizə çox minnətdaram, cənab Prezident. Heydər Əliyev Fonduna, Anar müəllim, sizə çox təşəkkür edirəm… Yanımızda olan hər kəsə ayrı-ayrılıqda çox minnətdaram”, – G.Zeynallı yazıb.

Qeyd edək ki, bir müddət öncə Kamil Zeynallı azadlığa buraxılıb.

Leyla Əlisoy
Globalinfo.az