kes

“Ukrayna müharibəsinin əsas dərsi NATO ölkələrinin təcili hərbi dəyişikliklərə getməli olmasıdır”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş direktoru Devid Petreus “Ukrinform”a açıqlamasında deyib.

“Ukraynadakı müharibənin əsas dərsi ondan ibarətdir ki, hər bir ölkəmiz və alyansımız təcili, köklü institusional hərbi dəyişikliklər həyata keçirməlidir. İnstitusional dəyişikliklər sadəcə modernləşdirmədən daha geniş anlayışdır. Bu, tank briqadasına, məsələn, 500 dron verməkdən qat-qat artıqdır. Hər şey müharibənin aparılmasına dair yeni konsepsiyadan başlayır”, – Petreus deyib.

Onun sözlərinə görə, Kiyevin təcrübəsi əsas götürülərək təlim prosesi sürətləndirilməlidir.

MKİ-nin keçmiş direktoru vurğulayıb ki, gələcəyin müharibəsinin əsl sınaq meydanı Ukraynadır.

Günay Rəsulqızı
Globalinfo.az

Paylaş: