“Rusiya Ukrayna ilə müharibədə atəşkəs deyil, uzunmüddətli sülhün əldə olunmasını istəyir”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Ukrayna Prezidenti Volodimir Zelenskinin 60 günlük atəşkəs təklifini şərh edərkən bildirib.
Onun sözlərinə görə, Moskva uzunmüddətli sülhə nail olmaq üçün bütün səyləri göstərməyə hazırdır.
Qeyd edək ki, Zelenski Rusiya 60 günlük atəşkəsə razılıq verəcəyi təqdirdə Ukraynada seçkilərin keçirilməsinə hazır olduqlarını açıqlayıb.
Safura Bənnayeva
Globalinfo.az