sibiqa 1

Ukrayna bir neçə rusiyalı milyarderə qarşı sanksiyalar hazırlayır.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Andrey Sibiqa danışıb.

“On rusiyalı oliqarxa qarşı sanksiyalar tətbiq etmək lazımdır. Ukrayna artıq belə bir siyahı hazırlayıb”, – deyə o bildirib.

Onun sözlərinə görə, Kiyev bu həftə Lüksemburqda Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri ilə keçiriləcək görüşdə fərdi sanksiyalar məsələsini qaldırmağı planlaşdırır.

Günay Rəsulqızı
Globalinfo.az  

Paylaş: