Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 22-ci sanksiyalar paketini qəbul edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas “X” hesabında məlumat yayıb.
Onun sözlərinə görə, yeni məhdudiyyətlərin yarıdan çoxu Rusiyanın ballistik raket istehsalı zəncirini hədəf alır.
Aİ-nin bəyanatında bildirilir ki, sanksiyalar müdafiə sektoru ilə əlaqəli təxminən 1600 şirkət və fiziki şəxsi əhatə edir.
Safura Bənnayeva
Globalinfo.az