Baki ozel 1 scaled

“Tarixi təcrübə göstərir ki, Peyğəmbərdən (s.ə.s.) və dörd raşidi xəlifədən sonra hökmdarlar islamdan öz dövlətlərinin sərhədlərini genişləndirmək, xalqları fəth etmək və təsir dairələrini artırmaq məqsədilə istifadə ediblər. Tarixdə belə hallar baş verib, çünki dövlət maraqları dini öz xidmətinə tabe edib”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov deyib.

“Müasir dövrdə isə islamdan siyasi məqsədlər üçün ən çirkin şəkildə istifadə olunur. Azərbaycan da məhz bu kontekstdə davamlı hücumlara məruz qalan ölkələrdən biridir. Cənub qonşularımız rifah cəmiyyəti haqqında təbliğat aparmaqdan yorulmur, halbuki özləri bu rifahın nümunəsini göstərə bilmirlər. İctimaiyyət qarşısına çıxmayan ali rəhbərin adından idarə olunan hərbi xunta, şübhəsiz ki, ideal islam idarəçiliyi nümunəsi deyil.

Azərbaycan dünyəvilik yolunu seçib. Bu seçim şüurlu, əsrlər boyu formalaşmış tarixi təcrübənin nəticəsi və strateji xarakter daşıyan qərardır. Dünyəvilik səmimi islam üçün şərait yaradır. Belə ki, hər bir insan müəyyən yaşa çatdıqda Allahla münasibətlərində öz şüurlu seçimini edə bilər. Bu yaş 18, 30, 45, 60 ola bilər, hətta insan ölüm yatağında olarkən də belə bir seçim edə bilər. Hər kəsin Allaha gedən öz yolu var və hər kəs Allah qarşısında yalnız öz əməllərinə görə cavab verir!

WhatsApp Image 2026 03 11 at 10.08.30 1

Fərhad Məmmədov

İslamda insanla Allah arasındakı münasibətlər müəyyən edilib və bu münasibətlər dünyəvi prinsiplərlə tamamilə uzlaşır. Dünyəvi dövlət olan Azərbaycan isə öz həyat tərzini özü müəyyənləşdirir.

Bu gün müəllimlər və şagirdlər üçün vahid məktəbli geyimi məsələsi siyasiləşdirilir. Halbuki məqsəd məktəb təhsilinə vahid yanaşmanın tətbiqi və böyüməkdə olan nəsildə ədalət anlayışının formalaşdırılmasıdır. Burada vətəndaşların gündəlik həyatına məhdudiyyət qoyulmasına dair heç bir işarə belə yoxdur.

Dini dəyərlər üzərindən manipulyasiya yolverilməzdir. Çünki uşaqlarımız xarici dini təsirlərin istismar obyektinə çevrilməməli və çevrilə də bilməzlər. Belə təsirlər mövcuddur və məqsədyönlü şəkildə həyata keçirilir. Sosial şəbəkələrdə yüzlərlə səhifə və profil yaradılıb. Onlar cəmiyyətimizə qarşı informasiya təxribatları və məqsədli məlumat hücumları ilə məşğul olurlar.

Azərbaycanda dünyəvilik kənardan yarımçıq dini biliklərə malik şəxslər tərəfindən təlqin edilən islamı deyil, səmimi islamı təmin edir. Azərbaycanda islam hər bir insanın şüurlu seçimidir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: