Zerif cavad 1

“Biz Azərbaycan Respublikasına təhdid yönümlü yanaşma ilə baxırıq”.

Globalinfo.az xəbər verir ki, bunu İranın keçmiş xarici işlər naziri Cavad Zərif deyib

“Ermənistana da eyni cür yanaşırıq, hərçənd müəyyən qədər daha az. Tacikistanı, Türkmənistanı — onların hamısını təhdid kimi görürük. Biz hər şeyi təhdid hesab edirik.

Biz hicaba müdafiə səngəri kimi baxırıq. Sosial məsələ necə hərbi məsələyə çevrilir? Çünki biz onu təhdid kimi görürük.

Bu problemdən xilas olmaq üçün düşüncə tərzimizi dəyişməliyik. Təhdid yönümlü yanaşmamızı fürsət yönümlü yanaşmaya çevirməliyik”, – deyən Zərif İranın qonşularla münasibətlərdə islahatlar aparmasının zəruriliyinə eyham vurub.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: