“Rusiya Prezidenti Vladimir Putinin doğum günündə ətrafında çox az sayda insan olub”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Yalnız axşam saatlarında onun ailə üzvləri, yaxınları və dostları doğum günü münasibətilə təbrik edə bildilər”, – deyə o bildirib.
Peskov xatırladıb ki, Putin doğum günündə də iş başında olub və beynəlxalq məsələlərlə bağlı telefonla təxminən on danışıq aparıb.
Həmçinin Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə müşavirə keçirib.
Qeyd edək ki, Vladimir Putin oktyabrın 7-də 74 yaşını qeyd edib.
Günay Rəsulqızı
Globalinfo.az