vahan

“Ukrayna Prezidenti Volodimir Zelenskinin vəzifədən getməsi müharibənin başa çatmasına yol aça bilər”. 

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan İslahatçılar Partiyasının sədri Vahan Babayan deyib. 

O, amerikalı milyarder İlon Maskın Zelenskinin vəzifədən getməli olduğu barədə açıqlamasına diqqət çəkib və bunu ABŞ Prezidenti Donald Trampın oxşar mövqeyi ilə əlaqələndirib:

“Müharibə yalnız Zelenskinin gedişindən sonra başa çata bilər. Bundan sonra Ukrayna ilə bağlı real danışıqların başlaması mümkündür”.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: