qadin pul esas

Azərbaycanda ünvanlı dövlət sosial yardımı alan hər bir ailə üzvünə düşən orta aylıq məbləğ 2026-cı ilin əvvəlinə 95,68 manat olub. Bu, 2025-ci ilin əvvəlinə olan göstəricidən 11,84 manat və ya təxminən 11% azdır.

Bu barədə Globalinfo.az-a Dövlət Statistika Komitəsindən bildirilib.

Yardım alan ailələrin sayı 2025-ci ilin əvvəlindəki 75 959-dan 2026-cı ilin əvvəlində 76 103-ə yüksəlib.

Belə ailələrin üzvlərinin sayı isə 334 472-dən 335 954-ə çatıb.

Paylaş: