turkiyenin en buyuk bayragi camlica tepesi aa 1566744 900x506 1

Türkiyə Qara dənizdə gəmiçiliyin təhlükəsizliyini təmin etmək məqsədilə Rusiya və Ukraynaya iki dəhlizin yaradılmasını təklif edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Milliyet” qəzeti məlumat yayıb.

Nəşr bildirib ki, Ankara Moskva və Kiyevə Qara dənizdə hərbi əməliyyatlara moratorium tətbiq olunması və dəniz nəqliyyatının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı təklif təqdim edib.

“Təklifə əsasən, Ukrayna gəmiləri üçün Rumıniya və Bolqarıstan sahilləri boyunca Bosfor boğazına uzanan təhlükəsizlik dəhlizinin, Rusiya gəmiləri üçün isə Gürcüstan və Türkiyə sahilləri boyunca marşrutun açılması nəzərdə tutulur. Hərbi əməliyyatlara moratorium tətbiq edilməsini nəzərdə tutan sənədlə bağlı məsləhətləşmələr davam edir.

Tərəflər razılığa gələrsə, 2022-ci ildə İstanbulda imzalanmış taxıl sazişinə bənzər, lakin bütün kommersiya gəmilərini əhatə edən sənəd imzalana bilər.

Belə bir razılaşma münaqişə tərəflərinin mülki gəmilərə hücumları dayandırmasını nəzərdə tutacaq”, – deyə qeyd edilib.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: