Ermənistanda taun xəstəliyinin ölkəyə daxil olmasının qarşısını almaq məqsədilə yaradılan idarələrarası komissiyanın ilk iclası keçirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Bildirilib ki, iclasda Rusiyanın İrkutsk vilayətində yaranmış vəziyyət müzakirə olunub.
Ermənistan Səhiyyə Nazirliyinin sözçüsü Mariam Tsatryan bildirib ki, vəziyyət nəzarət altındadır və beynəlxalq qurumlarla əlaqələr davamlı şəkildə saxlanılır.
Xatırladaq ki, oktyabrın 2-də İrkutskda taun şübhəsi ilə bağlı ölüm hadisəsi qeydə alınıb.
Təxminən 200 nəfər təmasda olan şəxs təcrid edilərək xəstəxanaya yerləşdirilib.
Bununla belə, ölümün dəqiq səbəbi hələ təsdiqlənməyib. Araşdırmalar davam edir.
Safura Bənnayeva
Globalinfo.az