Nesimi Pasi 13

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan hərbçisinin ölkə ərazisində saxlanılması ilə bağlı açıqlama verib.

Globalinfo.az xəbər verir ki, Paşinyan bu barədə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, azərbaycanlı hərbçi atəş açmasaydı, onun elə həmin gün geri qaytarılması mümkün idi:

“Bu, özlüyündə problemdir, lakin düşünmürəm ki, hadisə hansısa formada sülh prosesini təhlükə altına atsın”.

Baş nazirin sözlərinə görə, Azərbaycan və Ermənistan arasında artıq sülh bərqərar olub.

Paşinyan Ermənistan parlamentində hadisə ilə bağlı keçirilən müzakirələrdən narahatlığını ifadə edib:

“Allah eləməsin, bizim hərbçimiz səhvən Azərbaycan ərazisinə keçsə, həmin qiymətləndirmələrə əsaslanan reaksiyanı görəcəyik. Sonra da deyəcəklər: “Deməli, sülh bu imiş?”

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Nəsimi Musayevin Zəngəzurun Şəki kəndində saxlanıldığı haqda Ermənistan rəsmi qurumları 1 oktyabrda məlumat yayıb. Onun bir erməninin evinə girdiyi, orada dincəldiyi, ev yiyəsi qadının ona hücum etdiyi, nəticədə qadına ayağından atəş açdığı, polisə isə müqavimət göstərmədən təslim olduğu deyilir.

2 oktyabrda N.Musayev barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: