iran husiler scaled

Yəməndən yayılan görüntülərdə İranın dəstəklədiyi husilərin Taiz şəhərinə aparan əsas nəqliyyat qovşaqları və yolları nəzarətə götürdüyü əks olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə “TV11” məlumat yayıb.

Məlumata görə, husilər şəhərə giriş-çıxışı təmin edən strateji ərazilərdə mövqelərini gücləndirib. Bu addım Taizə gedən əsas marşrutların nəzarətə alınması baxımından mühüm əhəmiyyət daşıyır.

Son dəqiqə məlumatına əsasən, Taiz hərbi komandanlığı şəhərin qərbindəki Cəbəl Handa husilərə qarşı şiddətli döyüşlər aparır. Döyüşlər xüsusilə Cəbəl Həbəşi və Əl-Əqrud cəbhələrində şiddətlidir.

Qeyd edək ki, Taiz Yəmənin strateji əhəmiyyətli şəhərlərindən biri hesab olunur. Şəhər və onun ətrafındakı ərazilərə nəzarət uğrunda uzun müddətdir qarşıdurmalar davam edir.

Tahir Turan
Globalinfo.az

Paylaş: