699f3d75c846a699f3d75c846b1772043637699f3d75c8467699f3d75c8469 4 900x630 1


Macarıstan Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı iki danışıqlar klasterinin açılmasına razılıq verib.

Globalinfo.az bildirir ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın sözlərinə görə, Budapeşt “Daxili bazar” və “Rəqabətqabiliyyətlilik və inklüziv artım” klasterləri üzrə vetonu götürüb.

Qərarın Ukraynanın Zakarpatyedəki macar azlığının təhsil və mədəni hüquqları ilə bağlı atdığı addımlardan sonra verildiyi bildirilir.

Macarıstanın tam veto qərarından geri çəkilməsi üçün Ukrayna parlamentinin macar azlığının hüquqlarını tanıyan qanunu qəbul etməsi tələb olunur.

Növbəti mərhələdə daha iki klasterin açılması gözlənilir. Bundan sonra Ukraynanın Aİ-yə üzvlük danışıqlarının tam şəkildə irəliləməsi üçün daha iki klaster qalacaq.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: