Azərbaycanda bir sıra məhsullar oyuncaq sayılmayacaq.
Globalinfo.az Oxu.Az-a istinadla xəbər verir ki, sözügedən məsələ Baş nazir Əli Əsədovun təsdiqlədiyi “Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament”də əksini tapıb.
Qərara əsasən, aşağıdakılar oyuncaq sayılmayacaq:
– Yolka ağacı bəzəkləri, süni ağaclar və aksesuarları, elektrik çələngləri;
– 14 yaşa qədər uşaqlar üçün nəzərdə tutulmayan kolleksiya məqsədləri üçün hazırlanmış miqyaslı modellər;
– Uşaq meydançaları üçün avadanlıqlar;
– İdman avadanlıqları, o cümlədən sualtı avadanlıqlar;
– 14 yaşa qədər uşaqlar üçün nəzərdə tutulmayan folklor və dekorativ kuklalar;
– Ümumi istifadə üçün ictimai yerlərdə quraşdırılmış “peşəkar” oyuncaqlar;
– Oyun avtomatları;
– 500-dən çox parçadan ibarət pazllar;
– Pnevmatik silahlar;
– Katapultlar və atıcı qurğular;
– Metal başlıqlı atıcı mərmilər;
– Oyuncaqla birlikdə təchiz olunanlar da daxil olmaqla, oyuncaq üçün şəbəkədən qidalanan transformatorlar, akkumulyatorlu batareyalar üçün şarj cihazları;
– Tərkibində qızdırıcı elementləri olan və böyüklərin nəzarəti altında tədris prosesində istifadə üçün nəzərdə tutulmuş məhsullar;
– Daxili yanma mühərrikləri olan, 14 yaşa qədər uşaqlar üçün nəzərdə tutulmuş nəqliyyat vasitələri;
– Buxar mühərrikləri olan oyuncaq avtomobillər;
– Yollarda ümumi istifadə üçün nəzərdə tutulmuş velosipedlər;
– 24 V-dan yuxarı nominal gərginliklərdə işləyən oyunlar və oyuncaqlar;
– Odlu silahların dəqiq surətləri;
– Uşaqlar üçün bijüteriya;
– Üzgüçülük cihazları (məsələn, qollara taxılan şişmə manjetlər);
– Qoruyucu ləvazimatlar (üzgüçülük eynəkləri, gün eynəkləri, velosiped və skeytbord dəbilqələri);
– Uşağın rezin qaytandan istifadə edərək atdığı uçan oyuncaqlar;
– Uzadılmamış vəziyyətdə uzunluğu 1200 millimetrdən çox olan atıcı yaylar;
– Uşaqlar üçün lateks, rezin və silikon elastomerlərdən hazırlanmış sanitar məmulatlar.
Qərar altı ay sonra qüvvəyə minəcək.