kans

Almaniyanın keçmiş kansleri Gerhard Şröder Moskvaya gedib.

Globalinfo.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Bildirilib ki, Şröder pərakəndə satış şəbəkəsinin rəhbərliyi və əməkdaşları ilə görüşür.

Qeyd edək ki, Şröder daha əvvəl Rusiyadakı “Globus” hipermarketlər şəbəkəsinin müşahidə şurasına daxil olub. Onun şirkətin Rusiyadakı biznesinin strateji inkişafını müşayiət edəcəyi bildirilib.

“Hyperglobus” MMC-nin sahibi və qlobal “Globus Holding GmbH and Co” şirkətinin səhmdarı Tomas Bruxun sözlərinə görə, Şröder Rusiyanın siyasi, iqtisadi və mədəni həyatında uzun illər iştirakına görə şirkətə ölkədə dialoqa yönəlmiş yanaşmanı davam etdirməyə kömək edəcək.

Bu yanaşma dialoq əsasında konstruktiv əməkdaşlığı və həyata keçirilə bilən həll yollarının birgə axtarışını nəzərdə tutur.

Keçmiş kansler Şröder isə “Hyperglobus” kimi şirkətlərin iqtisadi əlaqələri qorumağa və Rusiyaya investisiya yatırmağa davam etməsinin vacib olduğunu bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: