turk
Two men on a motorbike follow Turkish and American forces as they conduct their first joint ground patrol in the so-called “safe zone” on the Syrian side of the border with Turkey, seen in the background, near Tal Abyad, Syria, Sunday, Sept. 8, 2019. Turkey hopes the buffer zone, which it says should be at least 30 kilometers (19 miles) deep, will keep Syrian Kurdish fighters, considered a threat by Turkey but U.S. allies in the fight against the Islamic State group, away from its border. (AP Photo/Maya Alleruzzo)

Somalilənd administrasiyası Türkiyənin Somalidəki hərbi fəaliyyətini və Moqadişoya göstərdiyi dəstəyi öz təhlükəsizliyinə risk kimi qiymətləndirir.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə İsrail və Türkiyə media orqanları çıxış edib.

Somalilənd rəsmilərinin açıqlamalarına görə, ölkə mümkün hərbi qarşıdurma vəziyyətində Türkiyəyə qarşı müdafiə imkanlarını artırmaq üçün İsraildən hava hücumundan müdafiə sistemləri ilə bağlı dəstək istəyib.

Yerli hakimiyyət İsraillə təhlükəsizlik sahəsində əməkdaşlığı Türkiyə ilə Somali arasında mövcud hərbi tərəfdaşlığa qarşı balanslaşdırıcı amil kimi nəzərdən keçirir.

Somalilənd tərəfi hesab edir ki, İsraillə müdafiə və təhlükəsizlik əlaqələrinin genişləndirilməsi mümkün təhdidlərə qarşı hazırlığın gücləndirilməsinə imkan verə bilər.

Qeyd edək ki, Somalilənd 1991-ci ildə Somalidən ayrıldığını elan edib, lakin beynəlxalq səviyyədə geniş şəkildə tanınmır. Somali isə beynəlxalq səviyyədə tanınan müstəqil dövlətdir və Türkiyənin bu ölkədə hərbi kontingenti yerləşir.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: