Ermənistan parlamentində baş verən son insidentlə bağlı müzakirələr davam edir.
Globalinfo.az xəbər verir ki, “Güclü Ermənistan” fraksiyasının deputatı Edqar Qazaryan hakim “Vətəndaş Müqaviləsi” partiyasının parlamentdəki nümayəndələrini tənqid edib.
O, “Live News”un efirində çıxışı zamanı xüsusilə deputat Vahe Qalumyanın ünvanına istehzalı ifadələr səsləndirib:
“Hakim partiyada danışmaqda çətinlik çəkən çox deputat var. Məsələn, Vahe Qalumyan – ona baxanda düşünürsən ki, yaxşı gürcü xəngəli yeyə bilər, ən azı ilk fürsətdə 50 dənəsini… Amma fikrini ifadə etməkdə çətinlik çəkir. Görür ki, vəziyyət gərgindir, qalxıb gəlib müdaxilə edir”.
Safura Bənnayeva
Globalinfo.az