muharibe

Polşada “müharibədən əvvəlki dövrə” hazırlıqla bağlı qanun layihəsi hazırlanır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Merkur.de” məlumat yayıb.

Sözügedən addım NATO nümayəndələrinin Rusiyanın bu il hücum edə biləcəyi ilə bağlı narahatlıqları fonunda atılıb.

Bildirilib ki, ölkənin Müdafiə Nazirliyi Polşanın müdafiə qabiliyyətinin gücləndirilməsinə, həmçinin silahlı qüvvələrlə daxili təhlükəsizlik xidmətləri arasında əlaqələrin yaxşılaşdırılmasına yönəlmiş qanun layihəsi hazırlayıb.

Həmçinin Varşava 2039-cu ilədək peşəkar hərbçilərdən ibarət ordusunun sayını 300 min nəfərə çatdırmağı planlaşdırır.

“Bloomberg” agentliyi isə NATO-nun Rusiya ilə mümkün münaqişə vəziyyətində “Qələbə nəzəriyyəsi” adlı plan hazırladığını öyrənib.

Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyov bu planın Rusiya ilə müharibəyə hazırlıq olduğunu bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: