abdde 60 yil sonra bir ilk trump onayladi 13 f098677ce9 amp 1

ABŞ-da 2009-cu ildə hərbi bazada törətdiyi silahlı hücum nəticəsində 13 nəfərin ölümünə səbəb olan Nidal Həsən barəsində edam hökmünün icra olunmasına qərar verilib.

Globalinfo.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

ABŞ Prezidenti Donald Trampın qərarı təsdiqləməsindən sonra N.Həsənin edamının hərbi qaydada – güllələnmə yolu ilə həyata keçirilməsi planlaşdırılır.

Bununla da 56 yaşlı Nidal Həsən ABŞ tarixində güllələnərək edam ediləcək ilk şəxs olacaq.

Qeyd edək ki, keçmiş ordu psixiatrı olan N.Həsən 2009-cu ildə Texas ştatındakı Fort Hud hərbi bazasına hücum edib. Hadisə nəticəsində 13 nəfər ölüb, 32 nəfər yaralanıb.

Tramp Həsənin edam üslunu müdafiə naziri Pit Heqsetin tövsiyəsi əsasında təsdiqləyib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: