zelenski pasinyan 42543

Errmənistanın keçmiş baş naziri Hrant Baqratyan İrəvan-Moskva münasibətlərindən danışıb.

Globalinfo.az xəbər verir ki, o, hazırkı Baş nazir Nikol Paşinyanın siyasi xəttini tənqid edib.

“Rusiyadan Ermənistana aylıq pul köçürmələrinin həcmi 1 milyard dollara çatıb. Onlar bizi dolandırırlar. İndi isə etdiyin bu nankorluğun dəhşətli cavabının olacağını başa düşməlisən, elə deyilmi? Xarici siyasətini dəyiş. Fransa ilə dostluq edə bilərsən, amma onun etdiklərini demə. Ukrayna Prezidenti Volodimir Zelenskinin İrəvandan etdiyi “Moskvanı bombalayacağam” təxribatını avropalıların təşkil etdiyi aydın deyilmi?”, – deyə Baqratyan qeyd edib.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Siyasi Birliyinin plenar iclasındakı çıxışı zamanı belə demişdi:

“Rusiya mayın 9-da Moskvada parad keçirəcək. Onlar hərbi texnikalarını nümayiş etdirə bilməyəcəklər. Qırmızı meydanın üzərində qorxu yayan PUA-lar uçacaq. Rusiyaya qarşı sanksiyalar davam etdirilməli, Rusiya diplomatiyaya sövq edilməlidir”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: