zelenski

“Almaniya kansleri Fridrix Merz və Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin Avropa İttifaqına (Aİ) sürətləndirilmiş üzvlüyü məsələsində fikir ayrılığı yaşayırlar”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.

“Merz bazar günü gözlənilmədən Kiyevə səfər edib. Səfərin məqsədi Berlinin Ukraynaya dəstəyini nümayiş etdirmək, Rusiya ilə münaqişənin gərginləşməsi fonunda, xüsusilə hava hücumundan müdafiə və uzaqmənzilli hücum silahları sahəsində yardımı, eləcə də sülh təşəbbüslərini müzakirə etmək olub.

Lakin Merz və Zelenski arasında Ukraynanın mümkün qədər tez Aİ-yə üzv olması məsələsində gərginlik yaranıb.

Kansler Ukraynanın yaxın illərdə Aİ-yə tam üzv olmasının mümkünlüyünə şübhə ilə yanaşaraq, Kiyevə “assosiativ üzvlük” təklif edib. Bu status Ukraynaya Aİ-nin vahid bazarına çıxış və Aİ Şurası, Avropa Komissiyası və Avropa Parlamentində müşahidəçi statusu verə bilərdi. Ancaq Ukraynanın səsvermə hüququ olmayacaqdı.

Zelenski isə bu təklifi rədd edərək, Kiyevin “tam və bərabərhüquqlu” üzvlüyə ehtiyacı olduğunu bildirib”, – deyə nəşr yazıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: