Almaniya kansleri Fridrix Merz Ukraynaya yeni yardım paketini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Almaniya Kiyevə 1 milyard avro hərbi yardım, enerji infrastrukturunun bərpasına isə əlavə 350 milyon avro ayıracaq.
Həmçinin iki ölkə müxtəlif növ pilotsuz uçuş aparatlarının birgə istehsalı ilə bağlı razılığa gəlib.
Merz bu barədə 4 oktyabrda Kiyevə səfəri zamanı açıqlama verib.
Ukrayna Prezidenti Volodimir Zelenski isə kanslerlə hava hücumundan müdafiə sistemlərinə ehtiyacı müzakirə etdiklərini bildirib.
Zelenskinin sözlərinə görə, tərəflər arasında ümumilikdə 15 saziş və sənəd imzalanıb. Onların əksəriyyəti təhlükəsizlik sahəsində əməkdaşlıq, silah istehsalı, satınalmalar və Almaniya sənayesi ilə birgə layihələrə aiddir. Razılaşmaların ümumi dəyəri 8,5 milyard avrodan çoxdur.
Qeyd edək ki, Merz oktyabrın 4-də əvvəlcədən elan olunmayan səfərlə Kiyevə gedib. Onu Almaniyanın iqtisadiyyat naziri Katarina Rayxe və iqtisadi nümayəndə heyəti müşayiət edib.
Əliyar Xəlil
Globalinfo.az