almanyadan ukrayna cikisi merz savasin nasil bitecegini acikladi

Almaniya kansleri Fridrix Merz Ukrayna ilə bağlı sülh danışıqlarına hazır olduqlarını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, o, bu barədə Kiyevə səfəri zamanı danışıb.

Merz Rusiya Prezidenti Vladimir Putinə müraciət edib:

“Biz münaqişənin başa çatdırılması yollarını bir-birimizlə müzakirə etməyə hazırıq”.

Bununla yanaşı, Merz əvvəlcə hücumların dayandırılmasının vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, xüsusilə qışa hazırlıq dövründə infrastruktur obyektlərinə zərbələrə son qoyulmalıdır.

Almaniya kansleri danışıqların yalnız “silahlar susduqdan sonra” mümkün olduğunu qeyd edib.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: