merz

Almaniya kansleri Fridrix Merz və ölkənin iqtisadiyyat naziri Katerina Rayxe gözlənilmədən Kiyevə səfər ediblər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, Merz oktyabrın 4-də səhər saatlarında Kiyevə elan olunmamış səfər edib.

Kansleri iqtisadiyyat naziri və iqtisadi nümayəndə heyəti müşayiət edir.

Almaniya hökumətinin açıqlamasına əsasən, Merz Ukraynaya yeni yardım paketini açıqlayacaq.

Paketə 1 milyard avro hərbi yardım və enerji sektorunun bərpasına 350 milyon avro ayrılması daxildir.

Həmçinin pilotsuz uçuş aparatlarının birgə istehsalı ilə bağlı sazişin imzalanması gözlənilir.

“Ukraynanın qarşıdakı həftələrdə bütün dəstəyimizə ehtiyacı var”, – Merz bildirib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: