“İran xalqı üçün azadlıq günü gələcək və bu rejim devriləcək”.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu “Daily Mail”ə müsahibəsində deyib.
“Bu rejim devriləcək. Belə hadisələr vaxt aparır, amma bu olacaq. Hazırda çox zəifdirlər. Trampın tətbiq etdiyi mühasirə İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) çox zəiflədib. Buna görə İran xalqına deyirəm: ümidinizi itirməyin, azadlıq gününüz gələcək”, – o qeyd edib.
Netantyahu İsrailin İranın nüvə silahı əldə etmək cəhdlərinin qarşısını aldığını da bildirib.
“İranın nüvə silahı olsaydı, indiyə qədər hamımız yanıb kül ola bilərdik. Amma onlar yenə də uzaqmənzilli raketlər hazırlayırlar”, – İsrail lideri əlavə edib.