rusiya

1 oktyabr 2026-cı ildən etibarən daha dörd Avropa ölkəsi – Belçika, Lüksemburq, Niderland və İsveç Rusiya vətəndaşlarının köhnə, beşillik pasportlarını tanımayacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Tur Operatorları Assosiasiyası (ATOR) məlumat yayıb.

Beləliklə, köhnə tipli Rusiya pasportlarını tanımayan Şengen ölkələrinin sayı 15-ə çatıb. Daha əvvəl Almaniya, Danimarka, İslandiya, Latviya, Litva, Polşa, Rumıniya, Finlandiya, Fransa, Çexiya və Estoniya analoji qərarlar qəbul edib.

Bununla yanaşı, 14 Şengen ölkəsi hələ də biometrik məlumatlar olmayan Rusiya pasportları ilə girişə icazə verir. Bu ölkələrə Avstriya, Bolqarıstan, Macarıstan, Yunanıstan, İspaniya, İtaliya, Lixtenşteyn, Malta, Norveç, Portuqaliya, Slovakiya, Sloveniya, Xorvatiya və İsveçrə daxildir.

Tahir Turan

Globalinfo.az

Paylaş: