putin

Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin həyata keçirilməsində maraqlıdır və layihəni perspektivli hesab edir.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında çıxışı zamanı danışıb.

Putinin sözlərinə görə, beynəlxalq nəqliyyat marşrutunun mühüm hissələrindən biri Azərbaycan ərazisindən keçəcək. O bildirib ki, Bakı layihənin reallaşdırılmasını dəstəkləyir.

Rusiya lideri Moskvanın dəhlizin yaradılması istiqamətində maliyyə öhdəliklərini də yerinə yetirməyə hazır olduğunu açıqlayıb. Onun sözlərinə görə, layihənin icrası üçün Rusiya tərəfindən kredit resurslarının ayrılması nəzərdə tutulub:

“Hazırkı mərhələdə əsas məsələ İran tərəfinin layihə çərçivəsində üzərinə götürdüyü işləri həyata keçirməsidir. Moskva öz növbəsində Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üçün zəruri maliyyə imkanlarına malikdir və bununla bağlı vəsaitlər əvvəlcədən nəzərdə tutulub”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: