Zimbabvedə göyərtəsində 7 nəfərin olduğu vertolyot qəzaya uğrayıb. Hadisə nəticəsində helikopterdə olan şəxslərin hamısının öldüyü bildirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Zimbabve İnformasiya və Yayım Xidmətləri Nazirliyinin katibinin məlumatına görə, helikopterdə tanınmış iş adamı, 4 sərnişin və 2 pilot olub.

Qəzanın hansı ərazidə baş verdiyi hələlik açıqlanmayıb. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı araşdırmanın aparıldığı bildirilir.

Tahir Turan
Globalinfo.az

Paylaş: