ABŞ Prezidenti Donald Tramp İranla müharibənin çox yaxın zamanda başa çata biləcəyini deyib.
Globalinfo.az xəbər verir ki, Tramp Vaşinqtonda süni intellekt texnologiyalarına həsr olunan konfransda çıxışı zamanı İranın nüvə silahına heç vaxt sahib olmayacağını açıqlayıb.
“İranın heç vaxt nüvə silahı olmayacaq. Onların vəziyyəti çox pisdir. Bu, çox yaxın zamanda başa çatacaq”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti müharibə başa çatdıqdan sonra neft qiymətlərinin də aşağı düşəcəyini qeyd edib.
Tramp həmçinin İranla müharibəni öz administrasiyasının ən mühüm hadisələrindən biri kimi təqdim edib.
Çıxışı zamanı ABŞ prezidenti maaş almadığını da bildirib və buna görə ona təşəkkür edən olmadığından gileylənib.
Tramp media tənqidlərinə toxunaraq bundan sonra “saxta xəbərlər” ifadəsi əvəzinə “süni xəbərlər” deməyi planlaşdırdığını açıqlayıb.
Əliyar Xəlil