rusiya

Estoniya Parlamenti Rusiya və Belarusla əlaqəli şəxslərin ölkədə daşınmaz əmlak əldə etməsini məhdudlaşdırmağı nəzərdə tutan qanun layihəsini müzakirəyə çıxarıb.

Globalinfo.az xəbər verir ki, Riigikogu-nun Kənd Məsələləri Komitəsi Rusiya və Belarusla əlaqəsi olan fiziki və hüquqi şəxslərin Estoniyada daşınmaz əmlak almasını məhdudlaşdıran qanun layihəsini təsdiqləyərək parlamentin birinci oxunuşuna göndərib.

Qanun layihəsinin qəbul ediləcəyi təqdirdə, yeni məhdudiyyətlərin 2027-ci il yanvarın 1-dən qüvvəyə minməsi planlaşdırılır.

Təklif olunan dəyişikliklər həmin tarixədək əldə edilmiş daşınmaz əmlaka şamil edilməyəcək. Həmçinin Estoniyada uzunmüddətli və ya daimi yaşayış icazəsi olan Rusiya və Belarus vətəndaşlarının da yeni məhdudiyyətlərdən istisna ediləcəyi bildirilir.

Tahir Turan
Globalinfo.az

Paylaş: