314995 ypid3rwpgh

Ağcabədi rayonunda iki qardaşın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az Trend-ə istinadla xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Hyundai” və VAZ-2107 markalı avtomobillər toqquşub.

Qəza nəticəsində VAZ-2107 markalı avtomobildə olan iki qardaş həyatını itirib.

Hazırda hadisənin təfərrüatları və ölən şəxslərin kimliyi dəqiqləşdirilir.

Paylaş: