esas 88

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksandr Novakla görüşüb.

Nazirlər Kabinetindən Globalinfo.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

    Görüş zamanı, xüsusilə ticarət-iqtisadi sahədə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

    Tərəflər sənaye, energetika, nəqliyyat və logistika sahələrində əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.

    Paylaş: