Rusiya Prezidenti Vladimir Putin ölkədə keçirilən seçkilərin başa çatmasından sonra Moskvanın Ukrayna ilə danışıqları bərpa etməyə hazır olduğunu bəyan edib.
Globalinfo.az xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb. Putin bildirib ki, Rusiya tərəfi münaqişənin siyasi-diplomatik yollarla həllinə açıqdır və seçki prosesindən sonra danışıqların yenidən başlanması mümkündür.
Bununla yanaşı, o, Ukraynanın Rusiya ərazisinə hücum cəhdləri etdiyini və bəzi seçki məntəqələrinin hədəfə alındığını iddia edib.
ABŞ “Kosovanı tanı” dedi, Vuçiç belə cavab verdi
Rusiya liderinin sözlərinə görə, bu cür addımlar danışıqlar prosesinə mənfi təsir göstərir. O qeyd edib ki, Moskva təhlükəsizlik məsələlərini nəzərə alaraq gələcək təmaslara hazırdır.
Qeyd edək ki, Rusiya və Ukrayna arasında birbaşa danışıqlar son illərdə faktiki olaraq dayandırılıb. Tərəflər münaqişənin həlli ilə bağlı fərqli mövqelər nümayiş etdirirlər. Putin son açıqlamasında yenidən dialoqun mümkünlüyünə işarə edib.
Tahir Turan
Globalinfo.az