
“Kalaşnikov” konserni Azərbaycanda ilk dəfə “Military Special” seriyasına daxil olan taktiki geyimlərini təqdim etməyə hazırlaşır.
Globalinfo.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Bildirilib ki, yeni məhsullar sentyabrın 30-dan oktyabrın 2-dək Bakıda keçiriləcək 6-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi – ADEX 2026 çərçivəsində nümayiş etdiriləcək.
Sərgidə “Triada-TKO” şirkətinin hazırladığı VKPO 3.0 hərbi səhra geyim dəstinin analoqu, həmçinin MRS 1.0 modul taktiki boşaltma sistemi ziyarətçilərə təqdim olunacaq.
Bundan başqa, tədbir zamanı Polad Elmi-Tədqiqat İnstitutunun müasir dinamik mühafizə elementlərini nümayiş etdirəcəyi bildirilir.
Qeyd edək ki, “Triada-TKO” daha əvvəl Rusiya Qvardiyasının mühəndis xidməti üzrə İnnovasiya Günündə yeni taktiki boşaltma sistemi və “Novator” adlı avadanlıq dəstini təqdim edib.
Safura Bənnayeva
Globalinfo.az