qezenfer abdullayev

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev istefa verib. 

Globalinfo.az bildirir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası oktyabrın 8-də Q.Abdullayevin istefa ərizəsinə baxacaq.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından faktı təsdiqləyiblər.

Bildirilib ki,  Q.Abdullayev səhhətində yaranmış problemlərlə əlaqədar öz ərizəsi ilə vəzifəsindən istefa verib.

Qeyd edək ki, son günlər mətbuatda Q.Abdullayevin fəaliyyəti və milyonluq mülkləri ilə bağlı yazılar dərc olunub.

Onu da əlavə edək ki, Q.Abdullayev həmçinin Naxçıvan Ali Məclisinin deputatıdır.

Paylaş: