
“Bişkekdə Prezident Vladimir Putin Rusiyanın Ermənistandakı hərbi bazalarını çıxarmağa hazır olduğunu bildirib. Ermənistan Baş naziri Paşinyan isə ölkəsinin Rusiyanın hərbi bazalarına ehtiyacı olmadığını deyib…”
Globalinfo.az xəbər verir ki, bunu sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.
“Bəs niyə bu açıqlamalardan sonra heç nə baş vermir? Niyə “Vovayeviç” Rusiya qoşunlarının çıxarılması üçün şərtlərin və qrafikin müəyyənləşdirilməsi ilə bağlı danışıqlara başlanıldığını elan etmədi? Bu nə oyundur? Onlardan hansı yalan danışır, yoxsa hər ikisi yalan danışır? Çünki belə təəssürat yaranır ki, hər ikisi söylədiklərini unutmaq istəyir.
Bu məlumat Paşinyanın Rusiyanın adamı olmadığına inananlar üçündür”, – deyə o qeyd edib.
Safura Bənnayeva
Globalinfo.az