Qazaxıstan Aktau şəhərində fəaliyyət göstərən “Dostluq” Etnomədəni Birliyinin sədri Şəmsəddin Hüseynov Globalinfo.az-a açıqlamasında deyib ki, ölkənin Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı 19 hərbçi suya atılıb:
“Onlardan 3-ü sağdır, 10 nəfərin meyiti tapılıb. 6-sı ilə bağlı hələlik məlumat yoxdur. Qazaxıstanda yaşayan azərbaycanlılardan xahiş edirəm ki, AZAL təyyarəsinin qəzaya uğraması zamanı qazax xalqının bizim yanımızda olduğu kimi, biz də bu gün onlara dəstək olaq. Su, yemək aparmaq lazımdır. Hər zaman onların yanındayıq”.
***13:16
Qazaxıstanın Manqistau vilayətində hərbi təlimlər zamanı 19 hərbçi Xəzər dənizinə sürüklənib.
Globalinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə sentyabrın 24-də təlim-məşq tapşırığının icrası zamanı baş verib.
Sahil ərazisində hava şəraitinin qəfil pisləşməsi və küləyin güclənməsi nəticəsində hərbçilər dənizə aparılıb.
Nazirlik ilkin məlumatlara əsasən, 9 hərbçinin həlak olduğunu açıqlayıb. Daha üç hərbçinin xilas edildiyi, onlardan birinin xəstəxanaya yerləşdirildiyi bildirilib.
Qeyd edək ki, daha əvvəl Özbəkistan Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu Azərbaycana gəlib.
Onların iştirakı ilə “Birliyin gücü – 2026” adlı birgə hərbi təlimlərin keçirilməsi planlaşdırılır.
Safura Bənnayeva
Globalinfo.az