Araqci 13

Belarusun xarici işlər naziri Maksim Rıjenkov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilən görüş zamanı iranlı həmkarı Abbas Əraqçiyə qeyri-adi hədiyyə təqdim edib.

Globalinfo.az xəbər verir ki, Əraqçiyə təzə qovrulmuş qəhvə dənələrinin iki qarışığını hədiyyə edib. Qarışıqlara “Dinc məskunlaşma qəhvəsi” və “Siyasi qarışıqlar olmadan qəhvə” adları verilib.

Nazirliyin paylaşımında hədiyyə ilə bağlı “Təmiz dialoq. İnklüziv əllər. Satış üçün deyil. Hədiyyədir. Qəhvədən daha çox şey” ifadələri yer alıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: