rusiya turkiye ordusu

Ukraynanın Rusiya ərazisinə həyata keçirdiyi hücumların sayı əhəmiyyətli dərəcədə azalacaq.

Globalinfo.az xəbər verir ki, bunu “AIF.ru”ya açıqlamasında Rusiya Raket və Artilleriya Elmləri Akademiyasının müşaviri, təqaüddə olan polkovnik-leytenant Oleq İvannikov bildirib.

O qeyd edib ki, Kiyevin Rusiya ərazisinə zərbələrinin intensivliyi azalacaq.

“Rusiyanın cavab zərbəsi çox ağır olacaq. Hər kəs buna əmin olsun”, – deyə polkovnik  bildirib.

Onun sözlərinə görə, Ukrayna tərəfi cavab zərbələrinin gündəlik xarakter ala biləcəyini başa düşməlidir.

Qeyd edək ki, bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Ukrayna ərazisində logistika mərkəzləri, anbarlar və liman infrastrukturlarına zərbələr endirildiyini açıqlayıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: