images 2 1

Hakim “Vahid Rusiya” partiyası Rusiya Dövlət Dumasına seçkilər çərçivəsində ilk protokolların işlənməsindən sonra partiya siyahısı üzrə səslərin 57,54%-ni toplayır.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası xəbər yayıb.

Seçki komissiyasının rəhbəri Ella Pamfilova bildirib ki, hazırda protokolların 13,88%-i işlənib.

Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (VTSİOM) seçki məntəqələrindən çıxışda keçirdiyi sorğuların nəticələrinə görə, Dövlət Dumasına seçkilərdə “Vahid Rusiya” (VR) liderlik edir – respondentlərin 49,4%-i onun namizədlərinin siyahısına səs verib. Sonrakı yerlərdə Rusiya Federasiyası Kommunist Partiyasının (14,2%), Liberal Demokrat Partiyasının (10,7%), “Yeni İnsanlar” partiyasının (9,7%) və “Ədalətli Rusiya” partiyasının (6,6%) siyahıları qərarlaşıb.

VTSİOM-un ekzit-poll məlumatlarına görə, digər partiyalar 5%-lik seçki baryerini keçə bilmir.

Üç günlük səsvermənin başa çatmasına beş dəqiqə qalmış, Moskva vaxtı ilə saat 20:55-də (Bakı vaxtı ilə 21:55) seçici fəallığı 56,66% təşkil edib

Paylaş: