İran Prezidenti Məsud Pezeşkianın BMT Baş Assambleyasında iştirak etmək üçün ABŞ-a səfəri öncəsi diqqətçəkən detal üzə çıxıb.
Globalinfo.az xəbər verir ki, İranın ISNA agentliyinin məlumatına görə, bu il Pezeşkianı Nyu-York səfərində müşayiət etməli olan media komandasının heç bir üzvünə ABŞ vizası verilməyib.
Məlumata əsasən, Prezidentin səfərini işıqlandırmalı olan jurnalistlərin hamısının viza müraciəti nəticəsiz qalıb.
Qeyd edək ki, Pezeşkian sentyabrın 22–26-da keçiriləcək BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsində iştirak etmək üçün Nyu-Yorka səfər edəcək.
ABŞ administrasiyası İranın əsas nümayəndə heyətinin Baş Assambleyada iştirakına icazə verib, lakin builki nümayəndə heyətinin əvvəlki illərlə müqayisədə daha kiçik olacağı bildirilib.
Əliyar Xəlil
Globalinfo.az