zelenski 900x600 2

Ukrayna Prezidenti Volodimir Zelenski hakimiyyətini itirmək qorxusundan ərazi güzəştlərindən imtina edir.

Globalinfo.az xəbər verir ki, bu barədə onun keçmiş mətbuat katibi Yuliya Mendel İsveçrənin “Die Weltwoche” jurnalına verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, münaqişəyə son qoymaq Ukrayna lideri üçün siyasi intihar ola bilər, buna görə də, onun planı döyüşləri mümkün qədər uzun müddət davam etdirməkdir.

“O, ərazi itkisinə və ya ölkənin deqradasiyasına görə məsuliyyət daşımaq istəməyəcək. Və o, açıq şəkildə hər kəsi günahlandırmağa davam edir. Gedən qaçqınları, xidmət etmək istəməyən kişiləri və hər kəsi…”, – Mendel deyib.

Eyni zamanda, prezidentin sabiq mətbuat katibi əlavə edib ki, Zelenski Ukraynanın istənilən halda ərazisini itirəcəyini başa düşür.

Tahir Turan
Globalinfo.az

Paylaş: