ABŞ-da Kennedi Mərkəzinin əsas binasının sökülməsi ilə bağlı prezident Donald Tramp administrasiyası ilə federal hakim arasında qarşıdurma yaranıb.
Globalinfo.az -ın xəbərinə görə, Kolumbiya dairəsi üzrə federal hakim Kristofer Kuper qərar çıxararaq bildirib ki, məhkəməyə əvvəlcədən məlumat verilmədən mərkəzin əsas binasının sökülməsi yolverilməzdir.
Qərara əsasən, Kennedi Mərkəzinin rəhbərliyi layihədə əsaslı dəyişikliklər, o cümlədən binanın mümkün sökülməsi barədə məhkəməyə ən azı 30 gün əvvəl yazılı məlumat verməlidir.
Bu qərar Trampın “Kennedi Mərkəzi söküldü” başlıqlı plakata baxarkən çəkdirdiyi fotosunun yayılmasından bir neçə saat sonra açıqlanıb. Mərkəz sentyabrın 15-i axşamdan ziyarətçilər üçün bağlanıb. Rəhbərlik bunu Vaşinqtonda sentyabrın 4-də baş verən güclü qasırğadan sonra yaranan konstruksiya təhlükələri ilə əlaqələndirib.
Bundan əvvəl Tramp mərkəzin təhlükəsizlik səbəbilə bağlandığını və dərhal yenidənqurma və təmir prosesinə başlanacağını bildirmişdi. ABŞ Konqresi mərkəzin yenidən qurulması üçün 257 milyon dollar ayırıb. Lakin Tramp təmir işlərinin yalnız binanın fasadına onun adının əlavə edilməsinə icazə veriləcəyi halda başlanacağını açıqlayıb. Hakim Kristofer Kuper isə bununla bağlı iki dəfə Trampın əleyhinə qərar çıxarıb.
Əliyar Xəlil