lukasenko

Aleksandr Lukaşenko bildirib ki, 2020-ci ildə ölkəni Rusiyadan uzaqlaşdırmaq cəhdi uğurlu olsaydı, Belarusda da Ukraynada baş verən hadisələr yaşana bilərdi.

Globalinfo.az-ın xəbərinə görə, Lukaşenko bu barədə Milli Birlik Gününə həsr olunmuş forumda çıxış edərkən danışıb.

Onun sözlərinə görə, Qərb tərəfdaşları Belarusun Moskvadan ayrılmasını istədiklərini açıq şəkildə bildirməsələr də, 2020-ci ildə ölkəni Rusiyadan “qoparmağa” cəhd ediblər.

Lukaşenko iddia edib ki, həmin cəhd uğurlu olsaydı, hazırda Belarusda da Ukraynada baş verənlər yaşanacaqdı.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: