Yəmən Xarici İşlər Nazirliyi İranın dəstəklədiyi Husi qruplaşmasının Məkkəyə PUA-larla hücum cəhdini pisləyib.
Globalinfo.az xəbər verir ki, bu barədə Yəmən XİN-in yaydığı bəyanatda bildirilib.
Nazirlik Husilərin bu addımını Səudiyyə Ərəbistanının suverenliyinin pozulması və İslamın ən müqəddəs şəhərlərindən biri olan Məkkənin müqəddəsliyinə qarşı hərəkət kimi qiymətləndirib.
Yəmən XİN rəsmiləri qeyd ediblər ki, sözügedən cəhd Husilərin düşmən mövqeyinin və Məkkəyə qarşı əvvəlki hücum cəhdlərinin davamıdır.
Tahir Turan
Globalinfo.az