Litva və Polşa hər iki ölkənin ərazisində baş verdiyi iddia edilən Rusiya dron hücumlarını araşdırmaq üçün birgə fəaliyyət göstərəcək.
Globalinfo.az xəbər verir ki, bunu Litvanın müdafiə naziri Robertas Kaunas bildirib. O qeyd edib ki, tərəflər son hadisələrin araşdırılması və dronların mənşəyinin müəyyənləşdirilməsi məqsədilə qüvvələrini birləşdirəcək.
Nazirin sözlərinə görə, araşdırma zamanı Litva və Polşanın müvafiq qurumları arasında məlumat mübadiləsi və koordinasiya gücləndiriləcək.
Bu addım Baltikyanı region və Polşa ərazisində pilotsuz uçuş aparatları ilə bağlı təhlükəsizlik narahatlıqlarının artdığı bir vaxtda atılır.
Tahir Turan
Globalinfo.az